Peyvənd olunanların sayı açıqlanıb


Azərbaycanda son gündə koronavirus əleyhinə 1 113 vaksin vurulub.

Yeniavaz.com Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata istinadən xəbər verir ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 202, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 160, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 658, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 93 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 865 338 təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top