Əməkdar rəssam vəfat etdi


Əməkdar rəssam Asif Azərelli vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından məlumat verilib.
Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra vəfat edib.
Asif Azərelli 19 iyul 1946-cı ildə Bərdə rayonunda anadan olub.
1970-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib.
1976-cı ildə keçmiş SSRİ-nin Azərbaycan Rəssamlar İttifaqının mükafatına layiq görülüb.
1983-1984-cü illərdə YUNESKO tərəfindən təşkil olunmuş beynəlxalq sərginin iştirakçısı olub.
Görkəmli rəssam daha çox Dədə Qorqud obrazının ən çox qəbul edilən versiyasının yaradıcısı kimi tanınırdı.

DİGƏR XƏBƏRLƏR

Top