Türkiyədə azərbaycanlılar arasında atışma - Ölən və saxlanılanlar var


Türkiyədə azərbaycanlılar arasında atışma olub.
Yeniavaz.com 
xəbər verir ki, bu barədə Report məlumat yayıb.
Bildirilib ki, hadisə gecə saatlarında İstanbulda qeydə alınıb. Naməlum şəxslər Azərbaycan əsilli Ceyhun Əkbərova atəş açıblar. Ağır xəsarətlər alan C.Əkbərov hadisə yerində ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər - Rusiya vətəndaşı L.G. və Azərbaycan vətəndaşı Z.A. hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onların üzərindən 2 ədəd tapança aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top