Prezident sərəncamda dəyişiklik etdi


Prezident İlham Əliyev “Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 20 sentyabr 2006-cı il tarixli sərəncamında dəyişiklik edib.

Yeniavaz.com xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Komissiyanın üzvü olan rəqəmsal inkişaf və nəqliyyat nazirinin I müavini nazir müavini ilə əvəz olunub.

DİGƏR XƏBƏRLƏR

Top