Qorbaçov dəfn olundu - Yenilənib


SSRİ-nin ilk və son Prezidenti Mixail Qorbaçov Novodeviçye qəbiristanlığında dəfn olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki o, həyat yoldaşı, Raisa Qorbaçovanın yanında dəfn edilib.
Dəfndə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Moskva meri Sergey Sobyanin, xarici ölkələrin səfirləri iştirak edib.

***15:46

SSRİ-nin yeganə prezidenti Mixail Qorbaçovun dəfn mərasimi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, mərasim Bakı vaxtı ilə saat 10:00-da başlayıb.
Tədbirdə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, jurnalist və Nobel mükafatı laureatı Dmitri Muratov, müğənni Alla Puqaçova, teleaparıcı Vladimir Pozner, “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov iştirak edib.
Vidada yeganə xarici lider Macarıstanın baş naziri Viktor Orban olub. Həmçinin, Qorbaçovla vidalaşmağa ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan, Böyük Britaniya səfiri Debora Bronnert, Almaniya səfiri Reza Adres fon Qay, eləcə də digər Avropa ölkələrinin səfirləri gəlib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin sentyabrın 1-də Qorbaçovla vidalaşıb və iş qrafiki ilə əlaqədar onun dəfn mərasimində iştirak edə bilməyəcək,

DİGƏR XƏBƏRLƏR

Top