İlham Əliyev Brüssel görüşü barədə Putinə məlumat verdi - Yenilənib


Sentyabrın 3-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumat yayıb. 

Telefon söhbəti zamanı Cənubi Qafqazda cari vəziyyət hərtərəfli müzakirə edilib. Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, regionda iqtisadi və nəqliyyat əlaqələrinin nizamlanması üzrə əlaqələndirilmiş səylərin vacibliyi qeyd olunub. Bu baxımdan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli əsas üçtərəfli razılaşmalarının ardıcıl olaraq reallaşdırılması əzmi təsdiq edilib.

Prezident İlham Əliyev avqustun 31-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü barədə məlumat verib.

Telefon danışığı əsnasında ikitərəfli gündəliyin bəzi praktiki məsələləri, o cümlədən iqtisadi-ticari, energetika və humanitar sahələrə aid məsələlər də nəzərdən keçirilib.

Təmasların davam etdiriləcəyi qeyd olunub.


***15:05
Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
Yeniavaz.com
xəbər verir, bu barədə “Kremlin” məlumat yayıb.
“Cənubi Qafqazdakı mövcud vəziyyət ətraflı müzakirə olunub. Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, regionda iqtisadi və nəqliyyat əlaqələrinin yaradılması istiqamətində əlaqələndirilmiş səylərin vacibliyi qeyd edilib. Bu kontekstdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli əsas üçtərəfli sazişlərini ardıcıl şəkildə həyata keçirmək niyyəti təsdiqlənib.
İlham Əliyev avqustun 31-də Brüsseldə Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə keçirdiyi görüş barədə məlumat verib.
İkitərəfli gündəliyin bəzi praktiki məsələlərə, o cümlədən ticarət-iqtisadi, enerji və humanitar sahələrə də baxılıb.
Əlaqələrin davam etdirilməsi razılaşdırılıb”, - məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top