"Qarabağ" Avropa Liqasında bu oyunçularla çıxış edəcək - Siyahı


“Qarabağ” komandası Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Yeniavaz.com xəbər verir ki, Azərbaycan çempionu gələn həftə start götürəcək turnirə 25 futbolçu sifariş edib.
Onlardan üçü qapıçı, doqquzu müdafiəçi, doqquzu yarımmüdafiəçi və dördü hücumçudur.
Baş məşqçi Qurban Qurbanovun tərtib etdiyi siyahıya qapıçılar - Şahruddin Məhəmmədəliyev, Luka Quqeşaşvili, Amin Ramazanov, müdafiəçilər - Rahil Məmmədov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Toral Bayramov, Marko Veşoviç, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina, yarımmüdafiəçilər - Qara Qarayev, Julio Romao, Riçard Almeyda, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, İsmayıl İbrahimli, Filip Ozobiç, Kadi Borqes, hücumçular - Ovusu Kvabena, Musa Qurbanlı, Ramil Şeydayev və Nəriman Axundzadənin adı daxil edilib.

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin görüşləri sentyabrın 8-dən noyabrın 3-dək keçiriləcək. “Qarabağ” G qrupunda “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya) və “Nant” (Fransa) komandaları ilə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR

Top