Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakı şəhərində fəaliyyət göstərən reabilitasiya mərkəzində çəkildiyi iddia olunan və uşaqlara qarşı zorakılığı əks etdirən video görüntülərlə bağlı məsələnin araşdırılması dərhal Ombudsmanın nəzarətinə götürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Bildirilib ki, bununla bağlı müvafiq qurumlara müraciətlər edilib.
***10:26
Ötən gün sosial şəbəkələrdə uşaqlara işgəncə verən özəl loqoped mərkəzi ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Yeniavaz.com-a Səhiyyə Nazirliyindən bildirilib.
Məlumata görə, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır. Komissiya Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aidiyyətı qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq.