Məşğulluq Agentliyi aylıq 31 min manata ofis icarəyə götürür


Dövlət Məşğulluq Agentliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Macaz Construction” MMC olub.

Yeniavaz.com xəbər verir ki, Agentlik ofis sahəsinin icarəsinin satın alınmasına görə MMC-yə 743 min 853 manat 12 qəpik ödəyəcək.
Rəsmi məlumatda qeyd olunub ki, sahəsi 2000-2300 kv.m olan ofisi 24 aylıq icarəyə götürülür. Belə ki, ofisin bir aylıq icarə qiyməti 30 min 993 manat 88 qəpik hesablanıb.
Məlumat üçün bildirək ki, 100 manat nizamnamə kapitalı olan “Macaz Construction” MMC-nin qanuni təmsilçisi İsmayılov Rəşad Aslan oğludur. Şirkət 18 noyabr 2009-cu ildə dövlət qeydiyyatına alınıb.

Həmçinin oxuyun: Məşğulluq Agentliyi sabiq məmurun oğlundan ofis icarəyə götürür – 743 minə...

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top