Laçındakı Üçdik yüksəkliyinin görüntüləri - Video


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə döyüş növbətçiliyinin təşkili ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir.

Yeniavaz.com
xəbər verir ki, "Xəzər Xəbər" bu barədə sujet hazırlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Laçın rayonunda Azərbaycan Ordusunun bölmələri tərəfindən aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən strateji əhəmiyyətli Üçdik yüksəkliyində döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilib.
Burada şəxsi heyətin gecə və gündüz nümunəvi xidmət etməsi, döyüş qabiliyyətinin və döyüşə hazırolma vəziyyətinin daim yüksək səviyyədə saxlanılması məqsədilə bütün zəruri tapşırıqlar icra olunur.
Azad olunmuş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili istiqamətində həyata keçirilən kompleks tədbirlər davam edir.

Xatırladaq ki, Müdafiə Nazirliyi keçən həftə də Üçdik-Qırxqız-Sarıbaba yüksəkliklərinin minalardan təmizlənməsi görüntüsünü yaymışdı. Laçın rayonunda dəqiqləşdirilmiş mövqelərdə avqustun 15-dən 22-nə qədər 1300-dən çox piyada əleyhinə mina aşkarlandığı açıqlanmışdı. Bu minaların keçən il Ermənistanda istehsal olunan istifadəsi qadağan olunmuş "PMN-E" növlü piyada əleyhinə minalar olduğu bildirilmişdi.

Daha ətraflı videomaterialı təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top