Qayda pozan sürücü saxlanıldı, cinayətin üstü açıldı - Video


Yevlax rayonu ərazisində yol polisi qayda pozan sürücünü saxladığı zaman qızqaçırma hadisəsinin üstü açılıb.

Yeniavaz.com "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, Şəmkir rayon sakini Hüseyn Məhərrəmov tanışları Samir Quliyev və Yaqub Musayevlə birgə Oğuz rayonuna gələrək orada yaşayan 16 yaşlı  qızı razılığı olmadan avtomobilə mindirərək qaçırıb.

Onları Yevlax şəhəri ərazində dövlət yol polisi əməkdaşları saxlayıb. Avtomobildə olan qız polisə maşına zorla mindirildiyini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru polis baş leytenantı Mahir Məsimov bildirib ki, 16 yaşlı qızı qaçıran hər 3 şəxs saxlanılıb.

Faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.

:

 

DİGƏR XƏBƏRLƏR

Top