Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto


Ukraynada gedən döyüşlərdə əslən azərbaycanlı olan hərbçi həlak olub.

Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, bu bərədə Kirovoy Roq şəhəri azərbaycanlılar Konqresinin sədri Rəmzi Rzayev məlumat yayıb. Bildirilib ki, o, əslən Azərbaycanın Balakən rayonundan olan, Ukrayna vətəndaşı Əliyev Rüstəm Ramazan oğludur.

O, Xerson istiqamətində Knyazovka rayonunda artilleriya atışmaları nəticəsində həlak olub.

R.Rzayev bildirib ki, daha bir azərbaycanlı da bundan əvvəl həlak olub.

Konqres onların dəfni, ailələrinə dəstək məsələlərində yaxından iştirak edib.
 

DİGƏR XƏBƏRLƏR

Top