Zaqatalada yanğın nəzarətə götürüldü


Zaqataladakı yanğın nəzarət altına alınıb, Qəbələ və Oğuzda baş vermiş yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir 
Yeniavaz.com
xəbər verir ki, Zaqatala rayonu Yuxarı Tala kəndinin yüksək dağlıq ərazisindəki meşə sahəsində  baş vermiş yanğın artıq tam nəzarət altına alınıb, hazırda ərazidə soyutma işləri aparılır. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib ki, Qəbələ rayonunun Tikanlı və Oğuz rayonunun Daşağıl kəndinin yüksək dağlıq ərazilərində baş vermiş yanğınların söndürülməsi istiqamətində isə ETSN-in yerli qurumlarının əməkdaşları və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri tərəfindən  tədbirlər görülür.
Nazirlik rəsmisinin sözlərinə görə, yanğın  baş vermiş ərazilərə  ETSN-in bütün yerli qurumlarının 300-dən artıq əməkdaşı səfərbər olunub.

DİGƏR XƏBƏRLƏR

Top