DYP sürücülərə müraciət etdi


Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin yaxınlaşması ilə bağlı paytaxtda yaranan nəqliyyat sıxlığı ilə əlaqədar müraciət edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Yeniavaz.com-a bildirib ki, yeni tədris ilinin başlanmasına sayılı günlər qalır, əlavə olaraq çoxları üçün məzuniyyət dönəminin bitməsi paytaxt ərazisində nəqliyyat sıxlığını əhəmiyyətli dərəcədə artırır: "Hər ötən gün bu proses daha da intensivləşir. Bütün hərəkət iştirakçılarından yollarda diqqəti artırmağı şəhərin real hərəkətini düzgün qiymətləndirməyi hər bir qayda pozuntusunun ümumi vəziyyətə mənfi təsir göstərdiyini unutmamağı xahiş edirik”.Araz Əsgərli deyib ki, dəfələrlə moped, velosiped, skuter kimi nəqliyyat vasitələrinin yolun sağ zolağı ilə hərəkət etməli olduğunuı, təhlükəli manevrlər etməməyi, təhlükəsizlik üçün şlemlərdən istifadənin vacibliyini vurğulasalar, bu qaydaların pozulmasının inzibati məsuliyyətə səbəb olduğunu qeyd etsələr də, eyni növ qayda pozuntularının gündəlik xidmətdə tez-tez şahidi olurlar: “Bir daha qeyd etdiyimiz məsələlərə qarşı məsuliyyəti artırmağı özünün və ətrafdakı insanların haqlı narazılıqlarına səbəb olan hallardan çəkinməyi xahiş edirik!”

DİGƏR XƏBƏRLƏR

Top