“Laçına təcili helikopterlər cəlb olunmasa, vəziyyət daha da ağırlaşacaq”


“Dörd gündür Laçının meşələri yanır. Təcili helikopterlər, əlavə kömək cəlb olunmasa vəziyyət daha da ağırlaşacaq. Hoçazdan baxıram artıq tüstüdən rayonun bir hissəsi görünmür”.
Yeniavaz.com
xəbər verir ki, bunu Müsavat partiyasının sədr müavini Fərəc Kərimli sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin avqustun 31-də yaydığı məlumatda Laçın şəhəri və ətraf ərazilərdə ermənilər tərəfindən törədilmiş 6 yanğın hadisəsinin qeydə alındığı bildirilib. Qeyd olunub ki, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğınlar qısa müddətdə söndürülərək genişlənməsinə imkan verilməyib.
FHN-in hadisə yerinə cəlb etdiyi texnikaların kadrlarını da yayıb. Lakin kadrlarda yanğınların söndürülməsində iştirak etməsi üçün hər hansı helicopter nəzərə çarpmayıb.

DİGƏR XƏBƏRLƏR

Top