“ROOF Academic Training” 5 illiyini qeyd etdi - Video


Avqustun 28-də “Baku Marriott Hotel Boulevard”da “ROOF Academic Training” (ROOF AT) təhsil şirkətinin 4 illik yubileyi qeyd edilib.

Bu barədə Yeniavaz.com-a təhsil şirkətindən məlumat verilib.
“Fəaliyyət göstərdiyimiz beş il ərzində sevinc yaşatdıq və sevindik, tələbələrimiz uğur qazandı və uğurlu olduq. Ən əsası isə, səmimi bir mühit yaratdıq və komandamız, tələbələrimiz və valideynlər ilə üzvləri dünyanın dörd bir yanında olan geniş bir ailə olduq”, - şirkətdən bildirlib.
Məlumat üçün bildirək ki, “ROOF Academic Training” 2017-ci ildən fəaliyyətə başlayıb və ingilis dili, riyaziyyat, startap, beynəlxalq imtahanlara (“Cambridge English”, SAT, IELTS, TOEFL, “Duolingo”) hazırlıq, mentor dəstəyi, roodmap xaricdə təhsil xidmətləri üzrə ixtisaslaşmış təhsil şirkətidir. Gənclərə məktəb və universitet illərində yol xəritəsinin hazırlanmasına dəstək olur.
“ROOF Academic Training” yüksək potensiala malik gənclərimizin dünyanın müxtəlif ölkələrində, ən reytinqli universitetlərdə təhsil almaları üçün çalışır.
Şirkət fəaliyyət göstərdiyi 5 illik müddətdə dünyanın ən yaxşı 100 universitetinə 150-dən çox, ümumilikdə isə, dünyanın 5 qitəsində, 35 ölkədə yüzlərlə tələbənin müxtəlif xarici universitetlərə qəbul olmasına dəstək olub.
Hazırda ROOF tələbələri MIT, “UPenn”, “Georgia Tech”, UBC, “Toronto”, “McGill”, UCL, “London School of Economics”, “Warwick”, “Technical University of Munich”, “KU Leuven”, “Polytechnic University of Milan”, “Lund”, “Nanyang”, KAIST kimi dünya reytinq sıralamasında ən yüksək pillələrdə qərarlaşan universitetlərdə təhsillərini davam etdirirlər.
Son 3 ildə ölkəmizdən dünya reytinq sıralamasında ilk pillədə dayanan “Massachussets Institute of Technology”ə bakalavr pilləsinə qəbul olmuş hər iki tələbə ROOF tələbəsidir.
2022-2026-cı illər üzrə Dövlət Proqramı çərçivəsində ilk il üzrə seçilmiş namizədlərdən 40 nəfərdən çoxu ROOF-un bir və ya bir neçə xidmətindən yararlanıb.



DİGƏR XƏBƏRLƏR

Top