Kəmaləddin Heydərov generalın oğlunu və qohumlarını işdən çıxarıb?


Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun mərhum müavini, general-leytenant Nazim Məmmədovun oğlunu və 20-yə yaxın qohumunu işdən çıxardığı iddia edilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Unikal.org saytı məlumat yayıb.
İddia edilib ki, onların işdən çıxarılması Kəmaləddin Heydərovun əmlaklarından birinin Nazim Məmmədovun qardaşı arvadının adında olması və geri qaytarılmaması olub.
Əlavə edilib ki, bir neçə gün bundan əvvəl fövqəladə hallar naziri Nazim Məmmədovun oğlunu nazirlikdəki işinə qaytarıb.
Qeyd edək ki, Nazim Məmmədov Kəmaləddin Heydərovun sürücüsü, sonradan isə Dövlət Gömrük Komitəsində və Fövqəladə Hallar Nazirliyində müavini olub.

DİGƏR XƏBƏRLƏR

Top