Türkiyənin Ermənistandan idxalı kəskin artıb – Rəsmi


Bu ilin ilk 7 ayı ərzində Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 3 milyon 668 min dollar olub.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə məlumat Türkiyə Statistika İdarəsinin rəsmi veb-səhifəsində yerləşdirilib.
Açıqlanan məlumatlarda qeyd olunur ki, bu ilin ilk 7 ayında Türkiyədən Ermənistana ixrac 427 min dollar olub. Türkiyənin Ermənistandan idxalı isə 3 milyon 241 min dollar olub. İdxal iyul ayında kəskin artıb. Belə ki, bu ilin ilk 7 ayındakı ümumi idxalın 76%-i və ya 2 milyon 456 min dolları iyul ayının payına düşüb.
Son 10 ilin iyul ayında Türkiyənin Ermənistandan idxalı belə olub:
Türkiyənin Ermənistandan idxalı
İllər İyul ayında idxal
2022 2 456 min $
2021 321 min $
2020 3 min $
2019 222 min $
2018 583 min $
2017 684 min $
2016 207 min $
2015 366 min $
2014 321 min $
2013 20 min $

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top