Ev həbsinə buraxılan Gülşənin etirazı rədd edildi


Ev dustaqlığına buraxılan türkiyəli müğənni Gülşən Çolakoğlunun etiraz ərizəsi rədd edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “NTV” məlumat yayıb. Bildirilib ki, müğənninin vəkili İstanbul Ədliyyə Sarayına gedərək ev dustaqlığı qərarının qaldırılması üçün ərizə verib. İddia İstanbul Sülh Cəza Hakimliyi tərəfindən qiymətləndirildikdən sonra rədd edilib. Gülşənin “evi tərk etməməsi” ilə bağlı məhkəmə nəzarətinin davam etdirilməsi qərara alınıb.
Xatırladaq ki, Gülşən konsertlərindən birində İmam Hatip məktəblərində oxuyanlara qarşı işlətdiyi sərt ifadələrə görə həbs edilmişdi.
 

DİGƏR XƏBƏRLƏR

Top