Yanğının şiddətləndiyi Zaqatalada son vəziyyət


Zaqatalada dağlıq ərazidə baş verən yanğının söndürülməsində iki helikopter iştirak edir. Onlar gün ərzində yüzdən artıq uçuş həyata keçirir.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu Zaqatala dağlarında baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev deyib.

R.Xudiyevin sözlərinə görə, yanğın mürəkkəb relyefli yüksək dağlıq-meşəlik ərazidə baş verdiyindən ora suyun çatdırılmasında çətinlik var. Bu səbəbdən yanğının söndürülməsinə 2 helokopter cəlb edilib. Onlar yanğının söndürülməsi üçün gün ərzində yüzdən artıq uçuş edib.

Rəis müavini bildirib ki, mürəkkəb relyefli ərazidə baş verən yanğının söndürülməsində kənd əhalisi böyük fədakarlıq göstərir.

Qeyd edək ki, çətin relyefli yüksək dağlıq-meşəlik ərazidə avqustun 30-u günorta saatlarından başlayan yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala və Balakən rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq texnikaları, 100 nəfər şəxsi heyəti, FHN-nin aviasiya dəstəsinin iki helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, DİN-nin Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları, icra nümayəndəlikləri, yerli sakinlər cəlb edilib. Hazırda ərazidə 400-dən yuxarı canlı qüvvə əl əməyindən istifadə etməklə yanğının söndürülməsi üçün iş aparır.

DİGƏR XƏBƏRLƏR

Top