Təlimdə iştirak edəcək Türkiyə hərbçiləri Azərbaycana gəldilər - Foto


“TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyətinin bir qrupu ölkəmizə gəlib.

Müdafiə Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, təlimə hazırlıq məqsədilə heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.
Qeyd edək ki, birgə taktiki-uçuş təlimi sentyabrın 5-də başlayacaq.
 

DİGƏR XƏBƏRLƏR

Top