Mingəçevir İcra Hakimiyyətində könüllülərə sertifikatlar verildi - Foto


Mingəçevir şəhər İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini genişləndirib.
Yeniavaz.com
xəbər verir ki, 2019-cu ilin aprel ayından Mingəçevir şəhər İcra Hakimiyyətində könüllük fəaliyyətinə başlanılıb. Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşularaq müxtəlif sosial bacarıqlarını göstəriblər. Bu gün Mingəçevir şəhər İcra Hakimiyyətində təcrübə keçən könüllülərə sertifikat verilib. Artıq 15-ci qrup könüllü yola salınıb. Bu günə qədər 63 könüllüyə sertifikatlar verilib.
Könüllülər  gündəlik iş proseslərində aktiv şəkildə iştirak ediblər. Daha sonra könüllülər çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini, şəhər İcra Hakimiyyəti aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər.
Könüllülərlə görüşən icra başçısı İlham İsmayılov ölkə ərazisində baş tutan bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətlərinin olduğunu vurğulayıb. Sonda könüllülərə sertifikatlar verilib, xatirə şəkli çəkdirilib.

Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top