Mingəçevirdə tədris ilinin yekunlarına dair tədbir keçirilib - Fotolar


Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Mingəçevirdə 2021-2022-ci tədris ilinin yekunlarına dair mükafatlandırma mərasimi keçirilib.

Yeniavaz.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov öncə bütün təhsil işçiləri adından qonaqları salamlayıb.
Daha sonra tədbirdə iştirak edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova tədbirin ərsəyə gəlməsindəki dəstəyinə görə təşəkkür edib.
“Qərara aldıq ki, regional təhsil idarəsini əhatə edən 1 şəhər və 6 rayonun ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərimizin və məzunlarımızın 2021-2022 ci tədris ilindəki naliyyətlərini sizlərlə birgə qeyd edək”, - E.Kərimov bildirib.
Regional İdarənin müdiri ali məktəblərə qəbul olan abituriyentlər barədə məlumat verib:
“Bu gün bu tədbirə 141 məzun və şagird dəvət olunub. Bu məzun və şagirdlərdən 84 nəfəri ali məktəblərə qəbul imtahanında 600-dən yuxarı bal toplayıb. Bu məzunlardan 30 nəfəri Mingəçevir şəhərinin məktəbliləridir. 13 nəfər Yevlax, 14 nəfər Ağdaş, 13 nəfər Göyçay, 6 nəfər Zərdab, 5 nəfər Kürdəmir, 3 nəfər isə Ucar, rayonunun məzunlarıdır”.
Həmçinin qeyd olunub ki, tam orta təhsil səviyyəsini xüsusi naliyyətlərlə qızıl və gümüş nişanlarla başa vuran region üzrə 5 məzun var. Onlardan 3 qızıl medal  Mingəçevirin, digər gümüş nişanlar isə Ağdaş rayonunun payına düşür.
Elçin Kərimov respublika fənn olimpiadasında regionun əldə etdiyi naliyyətlərdən də danışıb. Bildirib ki, 16 nəfər 2021-2022 ci tədris ilində respublika fənn olimpiadasının qalibi olub. Onlardan 8 nəfəri Mingəçevir şəhəri, 3 nəfər Kürdəmir, 2 nəfər Zərdab, 2 nəfər Ağdaş, 1 nəfər isə Göyçay rayonunun şagirdləridir.
Həmçinin respublika fənn müsabiqələrində də şagirdlər yüksək nəticələr göstəriblər. Ümumilikdə, region üzrə 7 nəfər respublika fənn müsabiqəsinin qalibi olub, onlardan 5 nəfəri Mingəçevir şagirdləri olub.
Tədbirdə Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Mingəçevir Tibb Kollecinin direktoru Fikrət Zeynalov, Turizm Kollecinin direktoru Kamal Əhmədov və regionda olan orta ixtisas təhsil müəssisələrinin rəhbərləri də iştirak ediblər.
İcra başçısı İlham İsmayılov, MDU rektoru Şahin Bayramov, Kamal Əhmədov, 694 bal toplayan məzunun valideyini Nizami Zeynalov, təhsil ictimayyətinin nümayəndələri çıxış edərək tələbə adını qazanmış gəncləri təbrik edib, onlara uğurlar arzulayıblar.
Tədbiri Mingəçevir Uşaq Gənclər İnkişaf Mərkəzinin yetirmələri maraqlı rəqs, şeir, musiqi nömrələri ilə daha rəngarəng ediblər.
Sonda tədbirin mükafatlandırma hissəsi olub.






Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top