Putin Qorbaçovla belə vidalaşdı - Video


Rusiya Prezidenti Vladimir Putin SSRİ-nin yeganə prezidenti Mixail Qorbaçovla vidalaşmaq üçün Mərkəzi Klinik Xəstəxanaya (MKX) gəlib.
Yeniavaz.com
xəbər verir ki, “RİA Novosti” vida mərasimindən görüntülər dərc edib.
Kadrlarda dövlət başçısı Qorbaçovun tabutunun önünə bir buket tünd qırmızı qızılgül qoyur və bir neçə dəqiqə onun yanında dayanır. Bundan sonra Putin baş əyib.
Sovet İttifaqının keçmiş prezidenti avqustun 30-da ağır və uzun sürən xəstəlikdən sonra 92 yaşında vəfat edib. KİV-in məlumatına görə, Qorbaçov ölümündən əvvəl hemodializ proseduru üçün Mərkəzi Klinik Xəstəxanaya gəlib.

DİGƏR XƏBƏRLƏR

Top