Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Ferqus Ould Şəhidlər xiyabanını ziyarət edib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə öz tvitter səhifəsində paylaşım edib.
“Bu gün mən Şəhidlər xiyabanına, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda Sovet qoşunlarına qarşı vuruşaraq şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad etməyə gəlmişəm”, - deyə səfir paylaşımında qeyd edib.
Bugün mən Şəhidlər Xiyabanına, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda Sovet qoşunlarına qarşı vuruşaraq şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad etməyə gəlmişəm. pic.twitter.com/yT9wr0U6QT
— FergusAuldFCDO (@FergusAuldFCDO) September 1, 2022