Gəncənin icra başçısının oğlunun 2 milyonluq maşın kolleksiyası... - Fotolar


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramovun 2 milyon manatlıq dəbdəbəli maşın kolleksiyası barədə məlumatlar yayılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə bloger Mehman Hüseynovun araşdırma videosunda bildirilib.
“Gəncə şəhər icra başçısının təkcə bir oğlunun 13 ədəd bahalı maşını var. İcra başçısı Niyazi Bayramov rəsmi olaraq 1280 manat maaş ala-ala, oğlu Bəhram Bayramova 2 milyon manatlıq maşın alıb. Ona məxsus olan nömrələr bunlardır: 10-BB-904, 10-OO-904, 10-TT-904, 10-KK-904, 10-ZZ-904, 10-AS-904”, - araşdırmada qeyd edilib.
Blogerin sözlərinə görə, icra başçısının oğlu ona məxsus olan 10-BB-904 dövlət qeydiyyatı nişanını 5 müxtəlif markalı maşının üzərinə taxıb. Bu 5 beş maşının - “Jeep”, “Range Rover”, “Bentley”, “Porsche” və “Mercedes”in ümumi qiyməti 1 milyon manata yaxındır.









Bundan əlavə Bəhram Bayramova məxsus olan 10-OO-904 dövlət qeydiyyatı nişanı 3 müxtəlif markalı avtromobildə - “BMW x7”, “BMW m7” və “Mercedes Gelandewagen”də istifadə edilib. Bu 3 maşının ümumi dəyəri isə 650 min manatdır.









“Daha bir nəticəyə gəlmək olar ki, Bəhram Bayramovun şəxsən öz adına olan 2 nömrə 8 müxtəlif avtomobilin üzərindədir. Bu 8 maşınının ümumi dəyəri isə 2 milyon manata yaxındır”, - bloger bildirib.
O həmçinin qeyd edib ki, 10-KK-904 və 10-TT-904 nömrələri Aslanov Rüstəm Vidadi oğlunun adına olsa da, B.Bayramovla birbaşa əlaqəsi var.










R. Aslanov həm də 10 AS 904 nömrə nişanının (“Lexus” markalı avtomobilin üzərində”) sahibi olan şirkətin (“Events Services Group”) təsisçisidir.

DİGƏR XƏBƏRLƏR

Top