Vitse-prezidentin ölümü ilə bağlı “Lukoyl”dan açıqlama - Yenilənib


“Lukoyl” neft şirkətinin direktorlar şurasının sədri və vitse-prezidenti Ravil Maqanovun ölümü rəsmən təsdiqlənib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
“Lukoyl”un Direktorlar Şurasının sədri Ravil Maqanovun ağır xəstəlikdən sonra vəfat etdiyini dərin hüznlə bildiririk”, - məlumatda qeyd edilib.

***11:16
Rusiyanın paytaxtı Moskvanın qərbində bir nəfər Mərkəzi Klinik Xəstəxananın pəncərəsindən yıxılaraq ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
“Hadisə Moskva vaxtı ilə saat 07:00 radələrində Marşal Timoşenko küçəsində yerləşən Mərkəzi Klinik Xəstəxanada baş verib. Kişi altıncı mərtəbənin pəncərəsindən yıxılıb, aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib”, - mənbə bildirib.
Hadisənin səbəbləri və şəraiti müəyyən edilir.
Mətbuatda yayılan məlumata görə, bu şəxs “Lukoyl” neft şirkətinin direktorlar şurasının sədri və vitse-prezidenti Ravil Maqanovdur.

DİGƏR XƏBƏRLƏR

Top