
Zaqatala rayonu ərazisində yerləşən dağların meşəlik ərazilərində yanğınlar davam edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
Bildirilib ki, yanğın ötən gecədən şiddətli hal almağa başlayıb.
Rayonun Göyəm kəndindəki kol-kosdan ibarət ərazidə yanğının söndürüldüyü bildirilir.
Buna baxmayaraq dağlardakı yanğının genişləndiyi və daha təhlükəli vəziyyət aldığı vurğulanıb.