İran nüvə razılaşmasında bəzi tələblərdən imtina etdi


Amerika Birləşmiş Ştatları İranla nüvə razılaşmasına yaxındır.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbi deyib. Onun sözlərinə görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın “nüvə razılaşması üçün ABŞ-dan daha güclü öhdəliklər gözlənilir” barədə açıqlamasına münasibət bildirib.
“İnanırıq ki, ötən həftələr və aylarla müqayisədə indi razılığa daha yaxınıq. Bunun əsas səbəbi İranın razılaşma ilə bağlı bəzi tələblərindən imtina etməyə hazır olmasıdır. Buna görə də müqavilə ilə irəliləyəcəyimizə dair nikbin fikirlər var”,- deyə Kirbi qeyd edib.
 

DİGƏR XƏBƏRLƏR

Top