Qəbələdə yanğın baş verdi


Qəbələ rayonunun Vəndam kəndi ərazisində, meşə ilə sərhəddəki bələdiyyə torpağında yanğın baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat katibi İradə İbrahimova Yeniavaz.com-a bildirib ki, hazırda ETSN-in bütün yerli qurumlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri tərəfindən yanğının söndürülməsi və meşəyə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.

DİGƏR XƏBƏRLƏR

Top