Nazirliyin keçirdiyi imtahanda suallardan biri səhv imiş


Təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində təqdim edilən test tapşırıqların biri səhv çıxıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin birinci sessiyasında təqdim olunan 30 nömrəli sual ilə bağlı müraciətlər daxil olub və araşdırılıb
“31.08.2022-ci il tarixində ibtidai sinif müəllimləri üçün keçirilmiş sertifikatlaşdırma imtahanında təqdim olunan 30-cu test tapşırığının şərti doğru olsa da, düz cavab variantının yazılışında texniki xəta olduğundan iştirakçılar arasında çaşqınlığın yarana biləcəyi müəyyən edilib. Bu səbəbdən 30-cu sualın nəticəsi bütün iştirakçılar üçün ləğv edilir və namizədlərə həmin sual üzrə 1 bal olunmaqla hesablanır.
Bütün test imtahanları tamamlandıqdan sonra iştirakçılar şəxsi səhifələrində yekun nəticələrlə tanış ola bilərlər”.

DİGƏR XƏBƏRLƏR

Top