Nazir sabiq rəisin oğluna yüksək vəzifə verdi


Fövqəladə Hallar Nazirliyində nazir, general-polkovnik Kəmaləddin Heydərov mərhum hüquqşunas, sabiq polis rəisi İsaxan Aşurovun oğluna yeni vəzifə verib. 
Yeniavaz.com 
Qaynarinfo-ya istinadən xəbər verir ki, nazirin müavafiq əmri ilə mayor Kənan İsaxan oğlu Aşurov Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifəsindən azad olunaraq Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzi rəisi təyin olunub.
Bildirilib ki, Gəncə Regional Mərkəzi rəisi polkovnik Asif Eltufat oğlu Məmmədli FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin 1-ci müavini - qərargah rəisi təyin edilib.
Bundan əlavə Fövqəladə Hallar Nazirliyinin Qəbələ rayonunda yerləşən Şimal-qərb Regional Mərkəzinin rəisi polkovnik-leytenant Sadiq Ramis oğlu Bəkirli təqaüdə göndərilib.

Fövqəladə Hallar Nazirliyində nazir, general-polkovnik Kəmaləddin Heydərovun müavafiq əmri ilə, bu vəzifəyə polkovnik-leytenant Elnur Qənimət oğlu Məhərrəmov təyin edilib.

Qeyd edilib ki, bundan əvvəl Elnur Məhərrəmov Qarabağ Regional Mərkəzində idarə rəisi vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top