Tbilisi prospektinin bir hissəsində yol bağlanacaq


31 avqust saat 00:00-dan 01 sentyabr saat 22:00–dək Bakı şəhəri, Tbilisi prospektinin Abbasqulu ağa Bakıxanov küçəsindən Akademik Həsən Əliyev küçəsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

DİGƏR XƏBƏRLƏR

Top