Bu gün Kəlbəcərdə konsert verəcəklər


Bu gün Azərbaycanın Xalq artisti, müğənni və bəstəkar Emin Ağalarov və Azərbaycan əsilli rusiyalı müğənni Cahid Hüseynli (Jony) işğaldan azad edilmiş Kəlbəcərdə konsert proqramı ilə çıxış edəcəklər.
Yeniavaz.com
“1news.az”a istinadən xəbər verir ki, bu barədə Xalq artisti ötən gün jurnalistlərə açıqlamasında bildirib.
İfaçının sözlərinə görə, onların çıxışı Kəlbəcər rayonunda yerləşən hərbi hissədə baş tutacaq:
“Hərbi hissəyə baş çəkəcəyik. Bu konsert əsgərlərimizin əhval-ruhiyyəsini qaldırmaq üçün keçirilir. Biz bunu çoxdan etmək istəyirdik, əvvəllər getmək təhlükəsiz deyildi, bizi ora buraxmırdılar, amma indi belə bir fürsətimiz var. Vətənini, xalqını sevərək bunu təmənnasız edən çoxlu sayda sənətkarımız var”.

DİGƏR XƏBƏRLƏR

Top