Hindistanda məşhur müğənninin qətlini təşkil edən şəxs Azərbaycanda tutuldu - Fotolar


Hindistanda məşhur müğənninin qətlini təşkil edən və saxta pasportla Azərbaycana qaçan cinayətkar Saçin Çapan Bişnoy saxlanılıb.
Yeniavaz.com
Hindistan mediasına istinadən xəbər verir ki, o, 28 yaşlı məşhur Pəncab reperi, aktyor və Sidhu Konqresinin siyasi lideri Sidhu Mus Vala kimi tanınan Şubxdip Sinqx Sidhunun qətlini təşkil edib.

Bildirilib ki, Sidhu Mus Vala mayın 29-da Pəncabda güllələnib. Pəncab polisi hadisəni rəqib dəstələr arasında baş verən qarşıdurma ilə əlaqələndirib. Onlardan biri dərhal Mus Valanın qətlinə görə məsuliyyəti öz üzərinə götürüb.
Pəncab polisinin məlumatına görə, qətlin təşkilatçıları Bakıda gizlənən Bişnoy, Kanadada yaşayan hindistanlı qanqster Qoldi Brar və Hindistanda uzunmüddətli həbs cəzası çəkən Lourens Bişno olub.
İyunun 21-də Hindistan polisi Mus Valanın qətlində ittiham olunan üç nəfəri həbs edib. Axtarış zamanı onlardan silah anbarı aşkar edilib.
Hindistan mediası Saçin Bişnoyun iyul ayında Azərbaycana gəldiyini və Tilak Rac Tuteja adı ilə gizləndiyini yazıb. Aprel ayında Muş Valanın qətlindən təxminən bir ay əvvəl saxta pasportla Dubaya qaçıb, oradan da Azərbaycana gəlib.

Qətli təşkil etdiyini etiraf edən Bişnoy hazırda polis nəzarətindədir. Onun həbsdə olan qanqster Lourens Bişno ilə qohum olduğu bildirilir.
Hazırda Pəncab polisi və Hindistan Xarici İşlər Nazirliyi onun Azərbaycandan ekstradisiyası üzərində işləyir.

DİGƏR XƏBƏRLƏR

Top