“Sunset”dəki partlayışda xəsarət alanların vəziyyəti açıqlandı


Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda istirahət mərkəzinin qazanxanasında baş verən partlayış nəticəsində yaralanan 3 nəfər dünən saat 22:20 radələrində Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə yerləşdirilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, xəsarət alan qadınların birinin bədən səthinin 45 %-i, digərinin bədən səthinin 35-40 %-i, kişinin bədən səthinin isə 60 %-i yanıb.

Onların Reanimasiya şöbəsində müalicələrinə davam edilir.

Hazırda iki qadının vəziyyəti stabil, kişinin vəziyyəti isə ağır stabil olaraq qiymətləndirilir.

DİGƏR XƏBƏRLƏR

Top