
“SSRİ-nin ilk və son Prezidenti Mixail Qorbaçov Moskvada Novodeviçi qəbiristanlığında, həyat yoldaşının yanında dəfn olunacaq”.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a öz mənbələrindən bildirib.
Məlumata görə, həyat yoldaşının yanında dəfn olunmaq M.Qorbaçovun arzusu olub.
Qeyd edək ki, bu gün Rusiyadakı Mərkəzi Klinik Xəstəxana Mixail Qorbaçovun 92 yaşında ölməsi barədə məlumat yayıb.
                    
                    Tətbiqimizi yükləyə bilərsiniz