"Narkoman"lardan reportaj hazırlayan blogerin avtomobilini qarət edən tutuldu


Xəbər verdiyimiz kimi, videobloger Nail Kəmərlinin paytaxtın Cəlil Məmmədquluzadə (“Papanin”) küçəsində hazırladığı reportaj sosial şəbəkələrdə gündəm olub. Reportajda “Papanin”dəki “narkotik yuvaları” işıqlandırılıb. Bu reportajdansonra videoblogerin avtomobilinə hücum olub, soyğunçuluq edilib.
Yeniavaz.com
 xəbər verir ki, Bakıda N.Kəmərlinin avtomobilindən oğurluq edən şəxs tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb. O bildirib ki, paytaxt sakini, 1997-ci il təvəllüdlü Əli Kazımov polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb.
Araşdırma zamanı müəyyən olunub ki, Ə.Kazımov dəfələrlə oğurluq əməllərinə görə məhkum edilib.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top