İsmayıllıda meşəlik ərazidə yanğın baş verdi - Video


İsmayıllı rayonunda meşə sahəsində yanğın baş verib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu gün axşam saatlarında İsmayıllı rayonunun Şəbiyan kəndində meşə ərazisində yanğın başlaması barədə Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xətt mərkəzinə məlumat verilib. Dərhal əraziyə FHN-nin İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın geniş əraziyə yayılıb, hazırda davam edir. Yanğının qarşısının alınması üçün lazımı tədbirlər görülür. Kənd sakinləri tərəfindən qış fəslinə odun tədarük etmək üçün ağacların qəsdən yandırıldığı iddia olunur. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top