Novxanıdakı partlayışda yaralananların sayı açıqlandı - Yenilənib


Sumqayıt şəhərində istirahət mərkəzində baş verən partlayışla əlaqədar araşdırmalara başlanılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə  Sumqayıt Şəhər Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, hadisə Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda “Sunset” istirahət mərkəzinin qazanxanasında baş verib. Nəticədə üç nəfər xəsarət alıb. 

***21:11
Abşeronda hoteldə partlayış olub.

Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, hadisə Novxanı kəndindəki "SunSet" hotelində qeydə alınıb.

İlkin məlumata görə, hotelin qazanxanasında anidən partlayış baş verib və 3 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, hazırda nazirliyin əməkdaşları əraziyə cəlb edilib: "Yanğın baş verməyib, ilkin məlumata görə qazanxanada partlayış olub".

Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top