
İngiltərənin ikinci liqa komandalarından olan “Leyton Orient”in qapıçısı Sem Sarcant populyar futbol oyunu “FIFA 17”də dünyanın ən pis futbolçusu seçilib. “Yeniavaz.az”ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 19 yaşlı qapıçıya oyunda verilən xal 45-dir. S. Sarcant bunun haqsızlıq olduğunu düşünür. Bununla belə, qapıçı “FIFA 17” oyunun istifadəçilərindən onu transfer etmələrini xahiş edib. S. Sarcant xallarını gördükdən sonra komanda yoldaşlarının geyinib-soyunma otağında ona güldüyünü qeyd edib. Qapıçı oyunda xallarının artırılmasını xahiş edib.
Tətbiqimizi yükləyə bilərsiniz