Ərdoğandan Gülşənin dediklərinə - Reaksiya


Konsertd
ə imam hatip liseyi şagirdlərinə dediyi sözlərə görə həbs edilən Gülşənin sərbəst buraxılmasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
Yeniavaz.com xəbər verir ki, Afyonkarahisarda keçirilən kütləvi açılış mərasiminə qatılan Prezident Ərdoğan imam hatip liseyləri ilə bağlı deyilənləri dəyərləndirib.
 “Son günlər millətimizin ən böyük gücü olan qardaşğa qarşı təxribatların çox ciddi həddə çatdığını, ibadət yerlərimizi, imam hatip məktəblərimizi hədəf aldığını gördük. 2023-cü il yaxınlaşdıqca, seçkilərdə uğur qazana bilməyəcəklərini dərk edənlər ümidlərini ömrünü tamamlayan köhnəlmiş ssenarilərə bağlayıblar.
 İllərlə xor gördükləri millətimizi bu dəfə təxribata çəkərək məkrli məqsədlərini həyata keçirməyə çalışırlar. İllərlə “zibil başlı, makaronçu, kömürçü” deyərək aşağıladıqları xalqımızı bu dəfə hədə-qorxu ilə qorxutmaq istəyirlər. Biz ayıq-sayıq olacağıq və heç birimiz buna imkan verməyəcəyik”, - deyə o bildirib.
Xatırladaq ki, aprel ayında İstanbulda verdiyi konsertdə imam hatip liseyi şagirdlərinin ünvanına söylədiyi sözlərə görə “ictimaiyyəti kin vəşmənçiliyə sövq etmək və ya alçaltmaq” ittihamı ilə istintaqa cəlb edilən müğənni Gülşən ötən cümə axşamı həbs edilib.  Vəkilinin etirazından sonra müğənni dünən ev dustaqlığı şərti ilə azadlığa buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top