
Bu gün Moskvada Azərbaycanın və Ermənistanın delimitasiya komissiyalarının nümayəndələrinin görüşü gözlənilir.
Yeniavaz.com xəbər verir ki, baş nazirlərin müavinləri Şahin Mustafayev və Mher Qriqoryan Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyası və təhlükəsizliyi məsələsi ilə bağlı görüşəcəklər.
Xatırladaq ki, sərhəddə delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının işi çərçivəsində Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin ilk görüşü mayın 24-də keçirilib.