Minaya düşən şəxslə bağlı rəsmi açıqlama - Yenilənib


Qubadlı rayon prokurorluğu rayon ərazisində minaya düşən ANAMA əməkdaşı barədə məlumat yayıb.

Bildirilib ki, avqustun 30-u saat 10 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov Qubadlı rayonunun işğaldan azad edilmiş ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alıb.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.

​​​​​​​
***11:16
İşğaldan azad edilmiş Qubadlı rayonu ərazisində avqustun 30-da piyada əleyhinə mina hadisəsi baş verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, partlayış nəticəsində, Agentliyin minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb.
Əməliyyata cəlb olunan Belçika malinuası - "Dina" ləqəbli minaaxtaran it ölüb.
“Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək”, - məlumatda qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top