Müharibə zamanı Tərtərdə dağıdılan evlər hələ də bərpa olunmayıb


Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “düşmən təcavüzü nəticəsində Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmir və bərpası” işlərilə əlaqədar tender müsabiqəsi keçirib.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqələrinin qalibi “Real-İnşaat” MMC (VÖEN-3400157541) olub.
Şəhərsalma və Arxitektura Komitəsi qeyd olunan işlər üçün “Real-İnşaat” MMC-yə isə 1 milyon 298 min manat vəsait ayırıb. Qeyd olunan işlərin başlama tarixi 26.08.2021, bitmə tarixi isə 30.12.2022-ci il olaraq göstərilib.
Məlumat üçün bildirək ki, “Real-İnşaat” MMC isə 13.06.2005-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC “Ağdam rayonu, Quzanlı” ünvanında qeydiyyata alınıb. MMC-nin qanuni təmsilçisi Allahverdiyev Nizami Nüsrət oğludur.
Qeyd edək ki, Şəhərsalma və Arxitektura Komitəsi 4 ay əvvəl eyni iş üçün “Real-İnşaat” MMC-yə 3 milyon manat, 10 ay əvvəl 2 milyon 950 min 200 manat, 1 il əvvəl isə 11 milyon 125 min 305 manat 62 qəpik vəsait ayırıb.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top