Ukrayna raket daşıyan Rusiya gəmisi ilə bağlı Türkiyəyə müraciət etdi


Ukraynanın Xarici İşlər Nazirliyi “Sparta II” gəmisinin Bosfor boğazı vasitəsilə Suriyadan Rusiyaya keçməsi ilə bağlı Türkiyə tərəfinə müraciət göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Türkiyənin Kiyevdəki səfiri Yağmur Ahmet Güldere Ukrayna XİN-ə çağırılıb.
“Nazir müavini Nikolay Toçitski Türkiyə səfirinə S-300PMU-2 raket komplekslərinin Rusiya Müdafiə Nazirliyinin kirayə verdiyi gəmi ilə Suriyadan Bosfor boğazı ilə Rusiyaya daşınması hadisəsi ilə bağlı Ukrayna tərəfinin narahatlığını ifadə edib”, - deyə məlumatda vurğulanıb.

 

DİGƏR XƏBƏRLƏR

Top