"Müqəddəslərimizi təhqir edənlər məsuliyyətdən qaça bilməyəcəklər”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afyonkarahisarda Zəfər bayramının 100-cü ildönümü münasibətilə çıxış edib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan çıxışı zamanı ölkəyə və xalqın müqəddəs hesab etdiyi dəyərlərə qarşı çıxanlara xəbərdarlıq edib.
“Millətimizin müqəddəslərini təhqir edənlər məsuliyyətdən qaça bilməyəcəklər. Nə Türkiyəni əvvəlki pis günlərinə qaytarmaq cəhdləri, nə də terror təşkilatlarının qanlı hücumları bizi yolumuzdan döndərə bilməyəcək”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

 

DİGƏR XƏBƏRLƏR

Top