Pakistanda daşqın qurbanlarının sayı 1136 nəfərə çatıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Xayber Paxtunxvada daşqın təhlükəsi hələ də davam edir.
Milli Fövqəladə Halların İdarə Olunması Təşkilatının (NDMA) məlumatına görə, təxminən 1,634 nəfər yaralanıb və 735,000-dən çox ev heyvanı itib.
Pakistanın baş naziri Şahbaz Şərif bildirib ki, ölkə son onilliklərin ən güclü leysan yağışlarına məruz qalıb və güclü daşqınlara səbəb olub.
Onun sözlərinə görə, leysan yağışları ilə bağlı mövcud vəziyyət son 30 ildə görünməmiş vəziyyətdir.