Azərbaycanın Rusiyadakı hərbi təlimlərdə iştirakı gözlənilir


Azərbaycan hərbçilərinin Rusiyada sentyabrın 1-dən 7-nə kimi keçiriləcək "Şərq 2022" strateji komanda-qərargah təlimlərində tərəfdaş qismində iştirakı gözlənir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (RMN) yaydığı məlumatda bildirilir.
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Şanxay Əməkdaşlıq Təşkilatı və digər tərəfdaş-dövlətlərdən idarəetmə orqanlarının operativ qrupları, hərbi kontingentlər və müşahidəçilər koalisiya qoşun qruplaşmalarının tərkibində birgə fəaliyyəti məşq edəcəklər", - deyə açıqlamada bildirilib.
Təlimlərə Əlcəzair, Laos, Monqolustan, Nikaraqua və Suriya da qatılacaq.

 

DİGƏR XƏBƏRLƏR

Top