
Rusiyanın nəzarətində olan Ukraynanın Xerson şəhəri uğrunda döyüşlər başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Odessa Vilayəti Hərbi Adminitsrasiyasının rəhbərinin müavini Aleksey Matsuleviç teleqram hesabında paylaşım edib.
“Rəsmi. Xerson şəhəri uğrunda döyüşlər başladı”, - paylaşımda bildirilib.
Daha sonra paylaşım Matsuleviçin teleqram kanalından silinib.
Bəzi mənbələr Xerson şəhəri uğrunda Rusiya-Ukrayna qüvvələri arasında qızğın döyüşlərin getdiyini hadisələrin çox sürətlə inkişaf etdiyi bildiriblər.
